Nazir müşavir təyin etdi

Nazir müşavir təyin etdi

Vergilər naziri Fazil Məmmədov Mahir Rəfiyevi özünə müşavir təyin edib.

Nazirlikdən verilən məlumata görə, bununla da vergilər nazirinin müşavirlərinin sayı 10-a çatıb. Qeyd edək ki, M.Rəfiyev buna qədər nazirliyin Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi olub.

Yeri gəlmişkən, Vergi ödəyicilərinə xidmət Baş İdarəsinin rəisi vəzifəsinin icrası nazir müşaviri Ələkbər Məmmədova tapşırılıb.