Qadın həkimlər yaxşıdır, yoxsa kişi həkimlər?

Qadın həkimlər yaxşıdır, yoxsa kişi həkimlər?

"The İndependent" qəzetində dərc olunmuş məqalədə deyilir ki, qadın həkimlərin pasientlər üçün kişi həmkarlarından daha yaxşı olduğunu elmi araşdırma göstərib.

Vizual.Az xəbər verir ki, bu araşdırma zamanı 4 il müddətində xəstəxənalara 1, 5 milyon pasient gəlişi təhlil edilib.

Bəlli olub ki, qadın həkimlərin pasientləri arasında ölüm hadisələri və ya klinikaya təkrar dönüşlər kişi həkimlərdə oduğundan əhəmiyyətli dərəcədə azdır.

JAMA Internal Medicine Journal məcmuəsində dərc olunmuş məqalədə deyiliyr ki, kişi həkimlər də pasientlərə qadın həmkarları qədər diqqətli və qayğıkeş olsaydılar, 32 min insanın həyatını xilas etmək mümkün olardı.

Araşdırma hesabatında deyilir ki, faktlar kişi və qadınların tibbi fəaliyyətinin fərqli olduğunu göstərir.

Bu da aydın olub ki, qadın həkimlər klinika qaydalarına kişi həmkarlarından daha məsuliyyətli yanaşırlar. Onlar daha diqqətlə müayinə edir, pasientlərlə daha çox ünsiyyətdə olur və daha çox məsləhət verirlər.

Chicago Universitetindən tibb professoru Vineet Arora deyir ki, fərqin əsasında bir çox faktorlar dayana bilər.

Ola bilər ki, səbəb həkim yanaşması, ola da bilər ki, xəstənin həkimə reaksiyasıdır.

Beləliklə, qadın həkimlərə ənənəvi inamsızlığın əsassız olduğu bəlli olub.

Odur ki, həkiminizin qadın olduğunu biləndə, bir az da rahat nəfəs alın.