“Qara bazar”ın sahibləri…

“Qara bazar”ın sahibləri…

Beynəlxalq Bankın rəhbəri Elmar Məmmədovun istefaya göndərilməsindən sonra bir çoxları düşünürdü ki, bu problem sona yetdi. Ancaq "qara bazar”, hələ də, qalmaqdadır.

Vizual.Az xəbər verir ki, "Qara bazar” ömrünü başa vurmadı, varlığını davam etdirir, yenə də yerini saxlayır. Bəs bu bazarı indi kim himayə edir?.

İqtisadçı Qubad İbadoğluni fikrincə, "Qara bazar” bankların özünə lazımdır:

"Manata təhlükələr artıb və milli valyuta yeni ilə (valyuta hərracında, kommersiya banklarında və «qara bazar»da) üç məzənnə ilə daxil olur”.

Ekspertə görə, manat real dəyərini almayana və kommersiya bankları dollar satışını bərpa etməyənə qədər "qara bazar” mövcud olacaq.

Q.İbadoğlu hesab edir ki, kommersiya bankları valyutanın «qara bazar»a əsas ötürücüləridir və iri valyuta əməliyyatları məhz orada aparılır:

"Qara bazar” bankların özünə lazımdır. Ona görə də, belə bazarın formalaşmasında maraqlıdırlar. Manatın real kursu müəyyən olmayana qədər bu bazar davam edəcək”.

"Qara bazar” bu sahədə möhtəkirliyi bir qədər də artırır. Üstəlik, "üzən məzənnə” sisteminə keçilsə belə, bu xalqa firavan gün vəd etmir. Ölkədə korrupsiyaya bulaşmış əllər çəkilməyənə kimi vəziyyət dəyişməyəcək.