“Qarabağ”ın məşqçisi cəzalandırıldı

“Qarabağ”ın məşqçisi cəzalandırıldı

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, Topaz Premyer Liqasının XIV turu və Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında yaşananlarla bağlı qərarlar verilib.

Çempionatın "Qəbələ” – "Kəpəz” matçında meydandan qovulan Renan Da Silva 1 oyun cəzalanıb və qonaq komandanı 200 manat ziyana salıb. "Qarabağ” – "İnter” oyununun 85-ci dəqiqəsində meydan sahiblərinin məşqçisi Ruben Selles texniki zona qaydalarını pozduğuna görə texniki zonadan kənarlaşdırılıb. Bu üzdən də legioner çalışdırıcı 1 oyun cəzalanıb, klubu isə 800 manat cərimə olunub.

Kubokun "Neftçi” - "Zirə” matçında qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimələnib. "Neftçi” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 800 manat ödəyəcək.

AZAL – "Qəbələ” matçında bakılıların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün paytaxt təmsilçisi 800 manat cərimə olunub. "Kəpəz” – "İnter” qarşılaşmasında 4 futbolçusu sarı vərəqə alan gəncəlilərin də cəzası eyni olub.