Qəhrəman polis belə öldürüldü – VİDEO

Qəhrəman polis belə öldürüldü – VİDEO

İzmirdə baş verən terror hücumunda böyük qəhrəmanlıq göstərən polis zabiti Fethi Sekinlə terrorçular arasında baş verən atışmanın görüntüsü yayılıb.

Kadrlarda polisin terrorçuları qovduğu və onlara yaxınlaşaraq bir terrorçunu öldürdüyü əks olunub.

Lakin digər terrorçu avtomat silahdan atəş açaraq F.Sekini qətlə yetirib.

Xatırladaq ki, məhkəmə binası qarşısında baş vermiş partlayış və atışma nəticəsində F.Sekindən savayı başqa bir polis əməkdaşı da həlak olub, 10 nəfər yaralanıb. 3 terrorçudan ikisi öldürülüb, digəri isə axtarılır.