Qubernator özündən getdi – VİDEO

Qubernator özündən getdi – VİDEO

ABŞ-ın Minnesota ştatının qubernatoru Mark Deyton çıxış edərkən huşunu itirib.

Vizual.Az xəbər verir ki, ştat parlamentinin tribunasında "Ştatın hazırki vəziyyəti” başlıqlı çıxışına başladıqdan 45 dəqiqə sonra fasilə verən Deyton su içdikdən sonra özündən gedib.

Başı kürsüyə dəyən Deyton daha sonra başqa bir otağa aparılıb.

Qubernatorun oğlu Erik Deyton Tvitterdə atasının səhhətinin yaxşı olduğunu yazıb.

Deytonun hansı xəstəlikdən əziyyət çəkdiyi barədə məlumat verilməyib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.