“Reina” hücumu belə başladı – VİDEO

“Reina” hücumu belə başladı – VİDEO

İstanbulun "Reina” gecə klubunda baş verən silahlı hücumun başladığı anı əks etdirən yeni görüntü yayılıb.

Kadrlarda şənlənən insanların mahnı sədaları fonunda güllə səsi eşidilir. Az sonra isə Yeni ili qarşılayan şəxslər silah səsinə və qışqırtılara reaksiya verirlər və nə baş verdiyini anlamağa çalışırlar.

Xatırladaq ki, Yeni il gecəsi "Reina” klubuna baş verən hücum zamanı 39 nəfər ölüb, 69 nəfər isə yaralanıb. Həlak olanlardan 27-si turist olub.