Ronaldo: "Yataqda 3 sarışın qadınla…”

Ronaldo:

Portuqaliyanın Avropa çempionu olmasında müstəsna xidmətləri olan Kriştiano Ronaldo final günü keçirdiyi hisləri bölüşüb.

Vizaul.Az xəbər verir ki, "Frans Futbol”a müsahibə verən 31 yaşlı futbolçu qarşılaşmaya böyük həyəcanla hazırlaşdığını deyib:

"Səhər oyananda yataqda 3 sarışın qadınla bir yerdəydim…Zarafat bir yana, oyananda günün özəl olduğunun fərqinə vardım – Fransa ilə final matçına çıxırdıq. Ancaq buna baxmayaraq, 8 saat yatdım.

"Real Madrid”də Çempionlar Liqasının finalına çıxarkən bu qədər həyəcan və təzyiq altında olmamışdım. Təbii ki, "Real”ın geyinib-soyunma otağında da çıxışlar edirəm, ancaq millidə sanki bunu fərqli bir iş kimi hiss etdim. Çünki futbolçular məni bir lider olaraq görürdülər”.