Rusiya 3 azərbaycanlı "qanuni oğru"nu axtarır

Rusiya 3 azərbaycanlı

Hazırda kriminal aləmdə "qanuni oğru" statusu olan 432 nəfərdən 312 nəfəri azadlıqdadır. 120 nəfər həbsdə, 28 nəfər istintaq altında, 15 nəfər isə axtarışdadır.

Cebhe.info xəbər verir ki, axtarışda olan "qanuni oğru"lar arasında azərbaycanlılar da var.

Bunlardan biri Əmirov Rafet Əlirza oğludur. Kriminal aləmdə Rafet Əli-Bayramlinski kimi tanınır. 1979-cu il təvəllüdlüdür, 2014-cü ildə "taclandırılıb". Bəzi məlumatlara görə, bir il sonra statusu geri alınıb. Ancaq özü bu məlumatı inkar edir.

Axtarışda olduğu deyilən digər azərbaycanlı "qanuni oğru" Əliyev Yusif Nurəddin oğludur. Ləqəbi Yusif Şamxorskidir.

1971-ci ildə Şəmkirdə doğulub. 2008-ci ildə Moskvada "status” alıb.

Axtarışdakı üçüncü "qanuni oğru" İsmayılov Rəşad Məmməd oğludur. 1978-ci ildə Gəncədə doğulub və 2013-cü ildə Moskvada "taclandırılıb".

Qeyd edək ki, hazırda axtarışda olan 15 "qanuni oğru" arasında Bakı ermənisi də var. Bu, Artur Qəribyandır. 1974-cü ildə Bakıda doğulan "oğru" 2001-ci ildən "status” alıb.



 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.