Sabiq prezidentin oğlu ÖLDÜ

Sabiq prezidentin oğlu ÖLDÜ

Polşada sabiq prezident Lex Valensanın oğlu 43 yaşlı Pşemıslav Valensanın meyiti Qdansk şəhərindəki evində tapılıb.

Meyitin üzərində zorakılıq əlamətləri aşkar edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Lex Valensanın 4 oğlu, 4 qızı var. P.Valensa dəfələrlə avtomobil qəzası keçirsə də, sağ qalıb. 1995-ci ildə o, avtomobili sərxoş vəziyyətdə idarə etdiyinə görə 1 il 9 ay, 2003-cü ildə isə 1 il müddətinə şərti azadlıqdan mərhum edilib.