Saxta iş elanları: qurbanların sayı artır (VİDEO)

Saxta iş elanları: qurbanların sayı artır (VİDEO)

Sosial şəbəkələrdə iş elanı verərək işləmək istəyənləri cəlb edirlər, ancaq fırıldaqçılıqla məşğul olurlar.

Tora düşən qurbana iş tapdıqlarını deyib, 49 manat alırlar, sonra isə hər hansı bir ünvan verib ora göndərirlər. Qurban həmin ünvana çatanda aldadıldığını anlayır.

Sabirabad sakini Asif Fərəcli deyir ki, 10 gün əvvəl sosial şəbəkədə işə qəbulla bağlı elan yerləşdirilib. İşə götürən şirkət kimi isə Delta MMC göstərilib.

Saat 17:00-a kimi Abşeron rayonu Xırdalan şəhərində yerləşən ofisə gəlmək və verilən telefon nömrəsi ilə əlaqə saxlamaq məsləhət görülüb. Üstəlik də hesab nömrəsi təqdim edilib və sığorta ödənişi adı ilə 49 manat pul köçürülməsi tələb olunub.

Bu gün isə başqa bir nömrədən Vatsap vasitəsilə mesaj gəlib və mühafizə xidmətinə qəbul olunduğu bildirilib.

Delta MMC adlı şirkətin işə qəbulla bağlı elanına paytaxt sakini Vüqar Bayramav da rast gəlib və Vatsap vasitəsi ilə CV göndərib. Eyni qaydada Vüqar Bayramovdan da 49 manat ödənilməsi təlb edilib...

Əlaqə saxlamaq üçün verilən və Kamil adlı şəxsə məxsus olduğu deyilən nömrəyə biz də zəng vurduq. Lakin həmin nömrəyə zəng çatmadı. Həmin şirkətin qurbanlarına isə polisə şikayət etmək tövsiyyə olunur.

Mövzu ilə bağlı Xəzər Xəbər-in videomaterialını təqdim edirik: