"Səidənin anası da başqa kişidən uşaq doğub"

Bu günlərdə şou gündəminin əsas müzakirə mövzusu olan müğənni Səidə Dadaşovanın keçmiş həyat yoldaşı Səlcuq Gökgöz müsahibə verib.

Vizual.az Ölkə.az-a istinadən xəbər verir ki, Dadaşovanın uşaq dünyaya gətirməsi xəbərinin ardınca uşağın atasının evli biri olduğu məlum olub.

 

- Səlcuq bəy, bütün saytlar keçmiş həyat yoldaşınız Səidə Dadaşovanın evli kişidən uşaq doğduğunu yazır. Bir zamanlar Səidənin sizə xəyanət etdiyini bildirmişdiniz. Həmin bu şəxs sizin Səidə ilə evli oldugunuz dönəmlərdə onun həyatında ola bilərdimi? Yəni Səidənin uşağının atasını o vaxt görmüşdünüz?

 

- Qardaşım, bizim evli olduğumuz dönəmlərdə-2011-2012-ci illərdə bu şəxs yox idi. Mən heç onu görməmişəm də.

 

- Başqa bir şəxs var idimi?

 

- Onu bilmirəm. Çünki mən həmişə Səidənin evə gecə 3-4-də gəldiyini söylədim. Onunla boşanmağımızın səbəbi də budur. Belə ailə olmazdı. Biz yaxşı idik. Amma nə oldusa, Bakıya köçəndən, yeni prodüser tapandan sonra oldu. Səidə çox dəyişdi və mənimlə yola getmədi.

 

- Keçmiş həyat yoldaşınızın evli insandan uşaq doğmasi sizi üzdümü?

 

- Mən artıq evliyəm və özümə uyğun, doğru bir xanım tapmışam, düzgün ailə həyatımız var. Səidə ilə bağlı baş verənlər məni nə üzdü, nə təəccübləndirdi. Çünki onların ailəsində bu cür şeylər normaldı. Ana, ata uşağa nə öyrədirsə, uşaq da onu edir.

 

- Yəni?

 

- Onlarda utanmaq filan yoxdur, belə şeylər normaldı.

 

- Düşünürsünüz ki, sizinlə evli olduğu dönəmlərdə da başqa kişiylə görüşürdü?

 

- Səidənin anası uzun illər öncə atasına qarşı eyni şeyi etmiş və başqa adamdan uşaq dünyaya gətirmişdi. Ona görə deyirəm ki, Səidənin belə bir iş tutması normaldır. Evli olduğumuz dönəmlərdə kiminləsə görüşdüyünü görməmişəm. Amma söylədim ki, evə gec gəlirdi.

 

-Bəs siz Səidə Dadaşova ilə ailə quranda bunları bilirdinizmi?

 

- Uşaqlara yolu daha çox ana göstərir. Dediklərimi isə Bakıda öyrəndim.

 

- Səlcuq bəy, hazırda ukraynalı xanımla ailəlisiniz. Səhv etmirəmsə rus dilini məhz Bakıda yaşayanda öyrənmisiniz. Deyilmi?

 

- Rus dilində bir neçə kəlmə bilirəm (gülür)

 

- Bəs ukraynalı həyat yoldaşınızla hansı dildə ünsiyyət qurursunuz?

 

- İngilis dilində danışırıq. O artıq türkcəni də öyrənib.

 

- Keçmiş həyat yoldaşınız Səidə Dadaşova və ailəsi barədə səsləndirdiyiniz fikirlər yetərincə ağır ittihamlardır. Düşünmürsünüz ki, bu fikirlərə görə sizi məhkəməyə verərlər?

 

- Yox, düşünmürəm. Çünki mən heç vaxt yalan danışmıram. Anamdan, atamdan öyrəndiklərimlə hərəkət edirəm. Nə yaxşı ki valideynlərimdən düzgün şeylər öyrənmişəm. Səidə bir uşaq istəyirdi, o da oldu. Ona xoşbəxtlik arzu edirəm.