SSRİ xalq artistləri Bakıya gəlir

SSRİ xalq artistləri Bakıya gəlir

Dekabrın 20-21-də Tovstonoqov adına Rusiya Böyük Teatrının Bakıya qastrol səfəri olacaq.

 

 

Axar.az xəbər verir ki, qastrol səfəri "Böyük qastrollar 2015 Beynəlxalq proqramı” çərçivəsində həyata keçirilir.

 

 

Məşhur rus aktyorlar Səməd Vurğun adına Rus Dram Teatrının səhnəsində "Dayının yuxusu” tamaşası ilə çıxış edəcək. Tamaşada baş rolları SSRİ xalq artistləri Alisa Freyndlix və Oleq Basilaşvili ifa edir.

 

 

Qastrol səfərinin təşkilatçısı Rusiya Federasiyası Mədəniyyət Nazirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyidir.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.