Talıbov oğlunu nazir qızı ilə evləndirir

Talıbov oğlunu nazir qızı ilə evləndirir

Sentyabrın 15-də Bakıdakı "Buta" sarayında Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun kiçik oğlu Seymurun toy mərasimi olacaq.

Vizual.Az xəbər verir ki, bu barədə Azpolitika.az saytı məlumat yayıb.

Yazılanlara görə, V. Talıbov sentyabrın 15-də bir neçə gün əvvəl MR-in daxili İşlər naziri vəzifəsinə təyin etdiyi Fazil Ələkbərovla qudalığını rəsmiləşdirəcək. Lakin onların qohumluğu yeni deyil. F.Ələkbərov Vasif Talıbovun xalası oğludur.

Seymur Talıbovla Fazil Ələkbərovun qızı 2015-ci ildə nişanlanmışdılar. Həmin vaxt F.Ələkbərov Dövlət Miqrasiya Xidmətinin (MR) rəisi vəzifəsini tuturdu.

Seymur Talıbov Naxçıvandakı universitetlərdən birinin prorektoru vəzifəsində çalışır və eyni zamanda, MR Ali Məclisinin üzvüdür.

Maraqlıdır ki, Talıbovların bundan əvvəlki bütün xeyir işləri Naxçıvanda olub. Lakin S.Talıbovun toyu Bakıda olacaq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.