“Tam üzən məzənnə” riskləri…

“Tam üzən məzənnə” riskləri…

Yanvarın 11-də Mərkəzi Bankın banklarla görüşü olub. Orada Mərkəzi Bank bildirib ki, "tam üzən məzənnə”yə keçidə hazırlıq görülür.

Vizual.Az xəbər verir ki, üstəlik, 4 faizlik marjanın da ləğvi gözlənilir. Marjanın ləğv edilməsi faktiki manatın bütünlüklə "üzən məzənnə”yə keçməsi deməkdir. Bu halda, mübadilə məzənnəsi real tələb-təklif əsasında, məhdudlaşdırma olmadan müəyyən ediləcək.

İqtisadi sabitlik olmayan halda "tam üzən məzənnə”yə keçmək yolverilməzdir. Çünki bu manatın kəskin ucuzlaşmasına səbəb ola bilər.

"Tam üzən məzənnə”yə keçid şəraitində hökumət borc götürə bilməyəcək. Valyuta ehtiyatları da olmayacaq. Maliyyə qıtlığını aradan qaldırmaqdan ötrü yeganə vasitə pul emissiyası olacaq. Beləliklə, "tam üzən məzənnə” dövründə qıtlıq inflyasiyaya aparır.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.