“Texas Bakı ilə qardaşlıqdan imtina etməlidir”

“Texas Bakı ilə qardaşlıqdan imtina etməlidir”

Freedom Now (təşkilat Vaşinqtonda yerləşir) Direktorlar Şurasının üzvü Coşua Nyukamer və keçmiş konqres üzvü Kris Bell "Houston Chronicle” qəzetində dərc etdirdikləri məqalədə Hyuston və Bakı arasındakı qardaşlıq münasibətlərini kəsməyə çağırıblar.

Məqalə müəlliflərinin fikrincə, Hyuston və Bakı arasında qardaşlıq münasibəti "Hyuston dəyərlərinə” ziyan vurur. Amerika xadimləri Azərbaycan hökumətini yenidən onda ittiham ediblər ki, o, "müstəqil səsləri susmağa” məcbur edib. Xatırladılır ki, hazırda Azərbaycanda təxminən 120 siyasi məhbus var.

Xatırladaq ki, Hyuston və Bakı 40 ildən çoxdur ki, (hələ SSRİ vaxtlarından) qardaşlaşmış şəhərlərdir./Azadliq.info



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.