Toydan sonra süfrədə qalan yemək davası - Video

Toydan sonra süfrədə qalan yemək davası - Video

Toy sahibləri restoran rəhbərlərindən şikayət edirlər. Onların toydan sonra stolun üzərində qalan yemək və içkiləri aparmağa icazə vermədiklərini deyirlər.

İnsanların sözlərinə görə, restoran rəhbərləri bunu bilərəkdən edirlər.

Restoran rəhbərləri isə səsləndirilən iddiaları əsassız adlandırırlar. Bəy və gəlinin ailəsinə toy bitdikdən sonra 7 nəfərlik yemək təqdim etdiklərini, qane olmadıqları təqdirdə isə stoldakıları da aparmağı təklif etdiklərini söyləyirlər.

Deyilənlərə görə şirə və içkilərdən başqa köhnə yeməklər süfrəyə düzülmür.

Restoran rəhbərləri deyir ki, toy sahibləri mətbəxə nəzarətçi də təhkim edə bilər. Bir sıra restoran rəhbərləri isə deyir ki, stolda qalan yeməkərin aparılması məsələsi toy danışığı zamanı razılaşdırılmalıdır.

Maraqlısı budur ki, restoran sahibləri qonaq gəlmədikdə belə onun üçün nəzərdə tutulmuş masanın pulunu tələb edirlər. Belə çıxır ki, müştəri bütün qonaqlar üçün verilən qidanın pulunu ödəmiş hesab olunur. Məntiqlə həmin qidaları özü ilə aparmağa ixtiyarı çatır.

Antiintisar Siyasəti və İstehlakçıları Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən isə bildirdilər ki, əslində toy sahibi ilə restoran rəhəbərliyi arasında müqavilə imzalanmalı və bu məsələdə orada əksini tapmalıdır. Bu cür problemlərin əsas səbəbi də məhz ortada hüquqi bir sənədin olmammasıdır.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.