Ukrayna "Eurovision" müsabiqəsinin keçiriləcəyi şəhərin seçimini təxirə salıb

Ukrayna

Bakı. 27 iyul. / Ukrayna qeyri-müəyyən müddətə "Eurovision-2017" mahnı müsabiqəsinin keçiriləcəyi şəhərin seçimini təxirə salıb.

"Report" xəbər verir ki, bu barədə jurnalistlərə Ukrayna mədəniyyət naziri Yevgeni Nişuk məlumat verib.

Nazirlər Kabinetinin iclasından əvvəl Y.Nişuk maliyyə xarakterli çətinliklər yarandığını söyləyib.

Xatırladaq ki, iyunun 24-də Ukraynada mahnı müsabiqəsinə səhnə olacaq şəhər və arenanın seçimi başlayıb.

İyulun 22-də müsabiqəyə ev sahibliyi etmək üçün namizədliyini irəli sürən şəhərlərdən üçü final mərhələsinə vəsiqə qazanıb. Bunlar Kiyev, Dnipro və Odessadır.

"Eurovision" müsabiqsəinin keçiriləcəyi şəhərin adına isə iyulun 27-də aydınlıq gəlməli idi.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.