Vergilər Nazirliyində - Yeni təyinatlar

Vergilər Nazirliyində - Yeni təyinatlar

Azərbaycanın Vergilər Nazirliyində yeni yaradılmış iki departamentə rəhbər təyin edilib.

Vizual.Az naziliyin saytına istinadən məlumat verir ki, Vergi auditi və operativ nəzarət İdarəsinin rəisi Toğrul Quliyev həmin idarənin nəzdində yaradılmış Vergi qanunvericiliyinin icrasına nəzarət üzrə Departamentin baş direktoru vəzifəsinə təyin edilib.

Daxili təhlükəsizlik Baş İdarəsinin rəisi Vüqar İsmayılov isə yeni yaradılmış Vergi öhdəliklərinin icrası üzrə Depratamendə baş direktor təyin edilib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.