Xameneyi ABŞ-ın neft oyununu açıqladı

Xameneyi ABŞ-ın neft oyununu açıqladı

İranın Ali dini lideri Ayətullah Xameneyi paytaxt Tehranda Venesuela Prezidenti Nikolas Maduro ilə görüşüb.

Vizual.az xəbər verir ki, İran lideri ABŞ-ın Qərbi Asiya bölgəsində 15 ildir yürütdüyü səhv siyasət səbəbindən çarəsiz duruma düşdüyünü müdafiə edərək "ABŞ-ın yenilməz olduğu düşüncəsi səhv bir düşüncədir”, deyib.

"ABŞ neft qiymətlərini aşağı salmaqla bundan silah kimi istifadə edir. Bəzi ölkələr aşağı neft qiymətlərindən əziyyət çəksə də, Vaşinqtonun siyasəti ilə hərəkət edirlər”, - Xameneyi qeyd edib.

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.