“Xanımlar taksiyə minməsin” – Türkiyədə qadağa

“Xanımlar taksiyə minməsin” – Türkiyədə qadağa

Qaziantep bələdiyyəsinin payladığı "Qadın və ailə xüsusiyyətləri” kitabı bölgə camaatı arasında birmənalı qarşılanmayıb.

Vizual.Az Türkiyə mətbuatına istinadla xəbər verir ki, kitabda ailə və insanların yaşam tərzi ilə bağlı təəccüblü qadağalar elan olunub.

Məsələn, kitabda qadının təkbaşına taksiyə minməməsi tövsiyə olunub:

"Bir xanımın məcbur omadıqda taksidən istifadə etməməsi ən yaxşı yoldur”.


Müəllifi Məhməd Paksu olan kitabda nişanlı şəxslərin bir-birinə toxunması məqbul sayılmır. Ayrıca, onlar görüşürsə, mütləq yanlarında üçüncü şəxs olmalıdır.


Televizorun narkotiklə müqayisə olunduğu kitabda TRT-nin də bu "narkotikin” bir parçası olduğu deyilib. Televizordan başqa jurnal, qəzet, futbol və lotereya da bu qəbildən hesab olunub.

Sözügedən kitab Şahinbəy bələdiyyə məclisində böyük fikir ayrılığına səbəb olub. CHP-çi bələdiyyə məclis üzvü Uğur Qalxan kitabın araşdırılmasını tələb edib.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.