“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi DÖYÜLDÜ

“Xəzər Lənkəran”ın sabiq baş məşqçisi DÖYÜLDÜ

"Xəzər Lənkəran”ın sabiq baş məşqçisi Mustafa Dənizli həyat yoldaşının qardaşları tərəfindən döyülüb.

6 il birgə yaşadığı həyat yoldaşı Evin Elçin Dənizlini tərk edərək ondan boşanmaq üçün 5 milyon türk lirəsi istəyib. Dənizli bu məbləği ödəmək istəmədikdə isə həyat yoldaşının qardaşları tərəfindən fiziki təzyiqə məruz qalıb.

Türkiyəli mütəxəssis bu barədə deyib: "Heç bir günahım olmadan məni döydülər. Yaşadağım olaylardan sonra psixoloji durumum pozulub. Keçirdiyim qorxunu sözlə ifadə edə bilmirəm. Xahiş edirəm Evin Elçin və qardaşları cəzalansın”.

Qeyd edək ki, Dənizli 2013/2014 mövsümündə "Xəzər Lənkəran”da çalışıb.(Qol.az)



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.