Yığmamızın sabiq baş məşqçisi beynəlxalq axtarışa verildi

Yığmamızın sabiq baş məşqçisi beynəlxalq axtarışa verildi

Vyana məhkəməsi cüdo üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi Peter Zayzenbaherlə bağlı qərarını açıqlayıb.

İkiqat Olimpiya çempionunun həbsinə qərar verilib.

Pedofiliyada günahlandırılan 56 yaşlı mütəxəssis haqda artıq beynəlxalq axtarış elan olunub. Buna səbəb Zayzenbaherin məhkəmə proseslərinə gəlməməyi və istintaqdan gizlənməsidi.

Qeyd edək ki, Zayzenbaher 2 uşağı - 11 və 13 yaşlı yetirmələri zorlamaqda ittiham olunur.

O, 1990-cı ilin sonlarında 2000-ci ilin əvvəllərində törətdiyi əməllərə görə indi cavab verməli olub.(APA)

 

 



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.