Zlatan 50 yaşınadək futbol oynayacaq

Zlatan 50 yaşınadək futbol oynayacaq

"Mançester Yunayted”in isveçli hücumçusu Zlatan İbrahimoviç növbəti dəfə maraqlı açıqlama verib.

Vizual.Az xəbər verir ki, təcrübəli forvard 50 yaşına qədər də futbol oynaya biləcəyini düşünür.

"Özümü yaxşı hiss edirəm. 35 yaşım olsa da, əzələ baxımından 20 yaşındakı kimiyəm. Düşünürəm ki, 50 yaşıma qədər futbol oynaya bilərəm. İllərlə qalmış çaxırı bəyənirəm. Bəs siz necə? Mən bunun bariz nümunəsiyəm”, - İbrahimoviç zarafatla qeyd edib.

Xatırladaq ki, bir neçə gün öncə Çin hökuməti İbrahimoviçin yerli klublardan birinə transferini maliyyələşdirə biləcəyini açıqlayıb. Hökumət transfer baş tutarsa, isveçli futbolçuya illik 120 milyon avro veriləcəyini bildirib.