Bakıda “Gelandewagen” daha bir can aldı - Sürücü məmur oğlu imiş

Bakıda “Gelandewagen” daha bir can aldı - Sürücü məmur oğlu imiş

Aeroport yolunda dəhşətli qəza baş verib.

"Ölkə.Az”ın məlumatına görə, «Mercedes Gelandewagen» markalı avtomobil yol kənarında dayanmış digər «Mercedes» markalı avtomobilə çırpılıb.

Hadisə nəticəsində vurulan «Mercedes»in sürücüsü, Naxçıvan şəhər sakini olan Natiq adlı şəxs yerindəcə keçinib.
Əldə etdiyimiz məlumata görə «Gelandewagen»in sürücüsü yüksək vəzifəli məmurlardan birinin oğludur.

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.