Bakıda sərxoş sürücü polisə hədə-qorxu gəldi - Video

Bakıda sərxoş sürücü polisə hədə-qorxu gəldi - Video

Bakının Sabunçu rayonu ərazisində Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən növbəti reyd aparılıb.

Report-un xəbərinə görə, reyd aparılan zaman sürücülərdən biri polisin "saxla!" əmrinə tabe olmayıb.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin 10-cu taqımının əməkdaşları Bakıxanov qəsəbəsində 10 XP 469 dövlət qeydiyyat nişanlı QAZ-33023 markalı yük avtomobilinin sürücüsünə maşını şübhəli idarə etdiyi üçün "saxla!" əmri verib. Əmrə tabe olmayan sürücü polis əməkdaşlarından uzaqlaşmağa çalışıb. O, YPX əməkdaşları tərəfindən yaradılan süni tıxac sayəsində saxlanılıb.

1988-ci il təvəllüdlü sürücü Maksumov Aydın Nadir oğlu avtomobili sərxoş halda idarə etdiyinə görə, Respublika Narkoloji Mərkəzinin alkoqol sərxoşluğunu təyinetmə məntəqəsinə dəvət edilib. Lakin o, məntəqədə həkim müayinəsindən imtina edib. Sürücü sərxoş halda avtomobil idarə etdiyinə görə inzibati məsuliyyətə cəlb olunub.

A.Maksumov həmçinin çəkiliş qrupuna hədə-qorxu gəlib.

Avtomobil cərimə meydançasına yerləşdirilib.




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.