Mir Şahin bu telekanala rəhbər gətirilir

Mir Şahin bu telekanala rəhbər gətirilir

Fəaliyyəti dayandırılmış ANS Şirkətlər Qrupunun vitse-prezidenti, tanınmış telejurnalist Mir Şahin Ağayev "CBC TV"-yə ("Caspian Broadcasting Company”) rəhbər vəzifəyə gətirilir.

Vizual.Az Ölkə.az-a istinadən xəbər verir ki,Mir Şahin Ağayev təsisçilər tərəfindən edilən təklifə hələlik müsbət cavab verməyib.

Məlumata görə, "CBC TV" rəhbərliyi Mir Şahin Ağayevin adıçəkilən telekanala gətirilməsində israrlıdır.

"Hazırda "CBC TV" rəhbərliyi ilə Mir Şahin Ağayev arasında danışıqlar gedir”, – deyə əldə etdiyimiz məlumatda qeyd olunur.

Məsələ ilə bağlı Mir Şahin Ağayevlə də telefon əlaqəsi saxladıq. O, bu barədə danışmaq istəmədiyini bildirdi.

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.