NİDA-çı gənc həbs olundu

NİDA-çı gənc həbs olundu

NİDA Vətəndaş Hərəkatının üzvü Ümman Səfərov həbs olunub.

"NİDA Vətəndaş Hərəkatı” nın yaydığı məlumatda bildirilir ki, Ümman Səfərov evdən çıxarkən bir qrup mülki geyimli şəxs tərəfindən saxlanılıb, polis bölməsinə aparılıb.

Daha sonra Xətai rayon məhkəməsinin qərarı ilə 15 gün müddətinə azadlıqdan məhrum edilib.

Ümman Səfərov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinib.

 




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.